Azərbaycan çempionatları tarixində bir ilk qeydə alınıb

05.03.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan çempionatları tarixində ilk dəfə iki komandanın şəxsi oyunlarındakı ümumi top fərqi 100-ü keçib.

Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Qarabağ”la “Sumqayıt”ın görüşlərində qeydə alınıb.

İndiyədək 50 dəfə qarşılaşan komandaların matçlarında texniki nəticə nəzərə alınmamaqla Ağdam klubu 124, Sumqayıtın eyniadlı təmsilçisi 23 qola sevinib.

Qeyd edək ki, iki komanda arasında görüşlərdəki ikinci ən böyük fərq “Qarabağ”la “Şamaxı”nın qarşılaşmalarına məxsusdur. Ağdam təmsilçisi 68 topluq üstünlüyə malikdir – 114-46.

"Benfika" – "Barselona" bu kanalda “Şamaxı” Azərbaycan çempionatlarında 850-ci qolunu vurub "APASport" 18 yaşında! Dünyadan 72-ci, KONKAKAF-dan 5-ci - STATİSTİKA "Neftçi" "Kəpəz"ə qarşı - YENİLƏNİR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью