Azərbaycan çempionatlarının mükafat fondu açıqlanıb

11.09.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığıyla şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatları keçiriləcək.

İdman.biz xəbər verir ki, dekabrın 4-8-də təşkil olunacaq yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq.

Çempionatda kişilər arasında FİDE əmsalı (klassik, rapid və ya blits) 2100-dən yuxarı olan, qadınlar arasında isə 2000-dən yuxarı olan şahmatçılar iştirak edə bilər.

Yarışın ümumi mükafat fondu 10 000 manat təşkil edir. Bu məbləğin 6000 manatı kişilərin, 4000 manatı isə qadınların turnirində oynanılacaq.

Yarış sistemi və turların sayı iştirakçıların sayından asılı olaraq dəyişə bilər

Qeyd edək ki, ölkə çempionatlarında ilk 3 yeri tutacaq şahmatçılar Qətərdə keçiriləcək dünya çempionatına ezam olunacaqlar.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью