Azərbaycan çempionatlarının son 16 mövsümündə ilk

13.04.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan çempionatlarının son 16 mövsümündə ilk

Misli Premyer Liqasında mövsümün 4-cü het-triki qeydə alınıb.

QOL.az xəbər verir ki, Rauf Rüstəmli 27-ci turun “Karvan-Yevlax” – “Kəpəz” qarşılaşmasında (4:1) qonaqların qapısına 3 qol vurub.

Mövsümün əvvəlki 27 turunda 3 belə hadisə yaşanıb. “Qarabağ”ın futbolçuları Toral Bayramov 5-ci turda “Araz-Naxçıvan”ın (5:0), Kamilo Duran 27-ci turda “Karvan-Yevlax”ın (7:0), “Qəbələ”nin legioneri Domi Massumo 18-ci turda “İmişli”nin (3:2) qapısına üç dəfə yol tapıb.

Rauf Toraldan sonra cari mövsümdə het-trik edən ikinci azərbaycanlı olub. Bununla da son 16 ildə ilk dəfə birdən çox yerli statusa malik futbolçu het-trik edib.

Sonuncu dəfə 2009/10 mövsümündə belə hadisə yaşanıb. Həmin çempionatda 3 yerli oyunçu - Samir Musayev, Nadir Nəbiyev və Fərid Quliyev het-trikə imza atıb.

Sonrakı illərdə bir yerli futbolçunun iki het-trikinə təsadüf olunub. Amma iki oyunçunun belə uğur qazanması yaşanmayıb.

Qeyd edək ki, Rauf həm də “Karvan-Yevlax”ın Premyer Liqa tarixində ilk het-trik müəllifidir. Həmin matçdakı nəticə isə Yevlax təmsilçisinin yüksək dəstədə ilk böyükhesablı qalibiyyəti və ilk ev qələbəsi kimi də də tarixə düşüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью