Azərbaycan çempionu 1/8 finala yüksələ bilər Çempionlar Liqası

30.10.2026

Icma.az, Sportal.az saytına istinadən bildirir.

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində təmsilçimiz "Araz-Naxçıvan" bu gün yer aldığı 5-ci qrupda son oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, son ölkə çempionu meydan sahibi "Piast"la (Polşa) qarşılaşacaq. Qlivise şəhərindəki "Prezero Arena"da baş tutacaq matç Bakı vaxtilə saat 22:00-da start götürəcək.

Komandamız qrupda "Uypeşt"ə (Macarıstan) qalib gəlib (5:4), "Buba Mara"ya (Bosniya və Herseqovina) uduzub (3:5). Qeyd edək ki, yalnız qrup birincisi olacaq komanda 1/8 finalda oynamaq hüququ qazanacaq.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью