Azərbaycan çempionu “Buduçnost”la üz üzə

22.07.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qadın futbolçulardan ibarət “Neftçi” klubu bu gün UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə mübarizəyə başlayacaq.

Futbolpress.az xəbər verir ki, Azərbaycan çempionu I təsnifat mərhələsində Monteneqronun “Buduçnost” komandası ilə qarışılaşacaq.

1-ci qrupun yarımfinal matçı Yunanıstanın Veria şəhərində baş tutacaq.

Siyasət Əsgərovun yetirmələri qələbə qazanarsa, finalda PAOK (Yunanıstan) – “Hapoel” (Yerusalim, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 12:00-da başlayacaq “Neftçi” – “Buduçnost” görüşünü Litva və İslandiyadan olan hakimlər briqadası idarə edəcək.

22 iyul
12:00. “Neftçi” (Azərbaycan) – “Buduçnost” (Monteneqro)
Baş hakim: İlona Birqelayte (Litva)
Baş hakimin köməkçiləri: Quoste Yonikayte (Litva), Ticana Krstiç (İslandiya)
Dördüncü hakim: Briet Braqadottir (İslandiya)
Veria Munisipal Stadionu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью