Azərbaycan çempionu İslandiya klubu ilə ilk oyununu keçirib

30.11.2024

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda növbəti oyununu keçirib.

SİA xəbər verir ki, Azərbaycan çempionu 1/16 final mərhələsinin ilk matçında İslandiyanın “Haukar” komandası ilə qarşılaşıb. Mingəçevirdəki “Kür” Olimpiya İdman-Tədris Mərkəzində oynanılan qarşılaşma rəqibin 30:25 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu da dekabrın 1-də Mingəçevirdə keçiriləcək

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью