Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki... ŞƏRH | Icma.az
Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Beynəlxalq münasibətlər sistemində mürəkkəb və ziddiyyətli proseslərin dərinləşdiyi bir dövrdə Azərbaycanın mövqeyini ardıcıl şəkildə gücləndirməsi, eyni zamanda mühüm geosiyasi mərkəzə çevrilməsi ölkəmizin qlobal siyasi güc kimi nüfuzunu daha da artırır.
Dünyanın aparıcı dövlətlərinin Azərbaycanla sıx strateji əməkdaşlıq qurmaqda maraqlı olmaları məhz bu reallığın bariz göstəricisidir.
Bu gün Azərbaycan çoxsaylı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlarla fəal və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq həyata keçirir.
Ölkəmizin aktiv iştirak etdiyi beynəlxalq platformalar sırasında Davos İqtisadi Forumu xüsusi yer tutur və bu mötəbər forum Azərbaycanla bağlı obyektiv reallıqların beynəlxalq miqyasda təsdiqi kimi çıxış edir.
Məhz bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nüfuzlu xarici media qurumlarına verdiyi müsahibələrin artıq bir ənənəyə çevrilməsi təsadüfi deyil.
Dövlət başçısı bu müsahibələr vasitəsilə Azərbaycanın artan beynəlxalq nüfuzunu, gücünü və strateji potensialını qlobal auditoriyaya yüksək peşəkarlıqla, aydın və dəqiq mesajlarla çatdırır.
Prezident İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində yanvar ayının 20-də “Euronews” telekanalına verdiyi müsahibə də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Tam oxu
Xəbəri oxu