Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Dünyada, regionda gedən proseslər fonunda Azərbaycan prezidentinin Çinə dövlət səfəri çox mühüm bir hadisədir.
Çin kimi dövlətin prezident İlham Əliyevin səfərinə belə bir status verməsi ölkəmizə və onun liderinə xüsusi münasibətin göstəricidir".
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, aparılan müzakirələr və çox sayda sənədin imzalanması da bunu göstərir.
"Çin Xalq Respublikasının sədri və prezident İlham Əliyev arasında birgə Bəyannaməni xüsusi qeyd edilməlidir.
Görüşlərdə elə bir sahə olmayıb ki, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi barədə söhbət getməsin.
Bütün bunlar onun təsdiqidir ki, Çin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verir, Azərbaycanın beynəlxalq aləmdə oynadığı rolu, geosiyasi əhəmiyyətini bilir", - o vurğulayıb.