Azərbaycan Cənubi Qafqazın yeni gələcəyinin formalaşmasında mühüm rol oynayır

23.01.2026

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səyyad Mirzəyev     

YAP Ağdam rayon təşkilatının əməkdaşı    

Prezident İlham Əliyevin 20 yanvar 2026-cı ildə Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibə Cənubi Qafqazda formalaşmaqda olan yeni siyasi, iqtisadi və təhlükəsizlik reallıqlarını əhatəli şəkildə əks etdirir. Dövlət başçısının səsləndirdiyi mövqelər regionun uzun illər davam edən münaqişə və qarşıdurma mərhələsindən çıxaraq sülh, əməkdaşlıq və dayanıqlı inkişaf mərhələsinə daxil olduğunu nümayiş etdirir. Cənab Prezident müsahibəsində vurğulayıb ki, Cənubi Qafqazda artıq köhnə qarşıdurma yanaşmaları öz aktuallığını itirir. Region ölkələri üçün yeni imkanlar məhz praqmatik əməkdaşlıq, qarşılıqlı maraqların uzlaşdırılması və uzunmüddətli sabitliyin təmin olunması üzərində formalaşır. Bu yanaşma bölgədə etimad mühitinin güclənməsinə, siyasi dialoqun genişlənməsinə və iqtisadi əlaqələrin dərinləşməsinə real zəmin yaradır. Müsahibənin diqqət çəkən mühüm məqamlarından biri də sülh anlayışının praktik məzmunla izah edilməsidir. Prezident İlham Əliyev sülhü yalnız siyasi bəyanatlar və razılaşmalar səviyyəsində deyil, konkret iqtisadi layihələr, nəqliyyat-kommunikasiya xətlərinin açılması, enerji və logistika əməkdaşlığı kimi real mexanizmlər üzərindən təqdim edib. Bu amillər region ölkələri arasında qarşılıqlı asılılığı artırmaqla yanaşı, sülhün davamlı və dönməz xarakter almasına xidmət edir.Dövlət başçısının mövqeyindən aydın olur ki, Azərbaycan Cənubi Qafqazda yeni inkişaf mərhələsinin əsas təşəbbüskarlarından biridir. Bakı regionda əməkdaşlığı suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüquq prinsipləri əsasında təşviq edir. Azərbaycanın balanslı və konstruktiv siyasəti onu bölgədə etibarlı, proqnozlaşdırılan və məsuliyyətli tərəfdaş kimi ön plana çıxarır, eyni zamanda regional proseslərdə aparıcı aktor statusunu möhkəmləndirir. Prezident İlham Əliyev “Euronews” müsahibəsində qlobal miqyasda artan geosiyasi qeyri-müəyyənliklərə də toxunaraq qeyd edib ki, mövcud beynəlxalq şəraitdə regionların təhlükəsizliyi və inkişafı daha çox daxili imkanlar və regional əməkdaşlıq hesabına təmin olunmalıdır. Bu kontekstdə Cənubi Qafqazın sülh və əməkdaşlıq platformasına çevrilməsi təkcə regional deyil, həm də beynəlxalq sabitliyə töhfə verən mühüm amil kimi qiymətləndirilir. Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə Cənubi Qafqazın post-münaqişə mərhələsindən post-risk və inkişaf mərhələsinə keçdiyini aydın şəkildə ortaya qoyur. Regionda sülh, əməkdaşlıq və iqtisadi inteqrasiya əsas prioritetlərə çevrilir. Azərbaycan isə bu proseslərin təşəbbüskarı və hərəkətverici qüvvəsi kimi Cənubi Qafqazın yeni gələcəyinin formalaşmasında mühüm rol oynayır.

2026-cı il yanvarın 20-də Davosda keçirilən Ümumdünya İqtisadi Forumunun gedişində Prezident İlham Əliyevin “Euronews” televiziya kanalına verdiyi müsahibə Azərbaycanın daxili təhlükəsizlik vəziyyəti və regional proseslər fonunda xüsusi diqqət cəlb edib. Dövlət başçısının səsləndirdiyi əsas mesajlardan biri ölkə daxilində sabitliyin tam təmin olunması və potensial təhlükələrin mövcud olmaması ilə bağlı olub.Cənab Prezident qeyd edib ki, Azərbaycan daxilində hər hansı potensial təhlükə və ya risk yoxdur. Ölkədə ictimai-siyasi sabitlik möhkəm əsaslar üzərində qurulub və dövlət təhlükəsizlik institutları vəziyyətə tam nəzarət edir. Bu fikirlər Azərbaycanın son illərdə həyata keçirdiyi ardıcıl və məqsədyönlü dövlət siyasətinin nəticəsi kimi qiymətləndirilir.

Müsahibə zamanı dövlət başçısı vurğulayıb ki, mümkün risklər yalnız xarici mənbələrdən qaynaqlana bilər. Bu baxımdan Prezident regionda baş verən proseslərə, xüsusilə qonşu ölkələrdə müşahidə olunan qeyri-sabitlik meyillərinə diqqət çəkib. O qeyd edib ki, Azərbaycanın yerləşdiyi coğrafiya həssasdır və regiondakı hər bir gərginlik diqqətlə izlənilməlidir. Bununla belə, bu amillərin ölkənin daxili təhlükəsizliyinə birbaşa təsir göstərmədiyi xüsusi vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью