Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12.10.2026

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Çexiya ilə dəmir yolu sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

SİA xəbər verir ki, bunu Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev Bakıda keçirilən Azərbaycan-Çexiya Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, qlobal təminat zəncirləri inkişaf etdikcə, bizneslər daha etibarlı, səmərəli və dayanıqlı nəqliyyat marşrutlarına ehtiyac duyur: "Azərbaycan Şimal-Cənub xəttinin birləşməsindəki rolunu gücləndirməklə yanaşı, Şərq-Qərb dəhlizinə də əhəmiyyətli investisiyalar yatırır. Bu marşrutların kəsişməsindəki strateji mövqeyimiz, dəmir yollarına, limanlara, logistika infrastrukturuna qoyulan investisiyalarla dəstəklənərək beynəlxalq ticarət üçün mühüm imkanlar yaradır. Məqsədimiz sadəcə tranzit dəhlizi olmaq deyil, həm də biznes və investorlar üçün dəyər yaradan regional logistika mərkəzinə çevrilməkdir".

"İnanırıq ki, Çexiya şirkətləri texnologiya, mühəndislik təcrübəsi və uzunmüddətli sənaye tərəfdaşlığı vasitəsilə bu inkişafa töhfə verə bilərlər. Çexiya güclü mühəndislik və sənaye ənənələrinə malikdir. Azərbaycan isə dəmir yolunun modernləşdirilməsini, rəqəmsallaşdırılmasını və əməliyyat səmərəliliyinin artırılmasını davam etdirir. Buna görə də dəmir yolu mühəndisliyi avadanlıqları, innovativ texnologiyalar və modernləşdirmə layihələri üzrə əməkdaşlıq potensialı görürük. Layihəmizin məqsədi hər iki ölkənin prioritetləri və maraqları ilə uzlaşan, qarşılıqlı faydalı və kommersiya baxımından əlverişli tərəfdaşlıqlar yaratmaq üçün Çexiyanın təcrübəsini Azərbaycanın inkişaf ehtiyacları ilə birləşdirən praktiki əməkdaşlıq imkanlarını müəyyən etməkdir", - deyə icraçı direktor əlavə edib.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

İqtisadiyyat

Qızıl və gümüş ucuzlaşıb

İqtisadiyyat

“Rusiya kənarda tarazlıq saxlayır...”

İqtisadiyyat

Kreml Rusiyanın biznes elitasının gözləntilərini doğrultmadı...

İqtisadiyyat

Pekin və Brüssel iki günlük danışıqlar aparıblar...

İqtisadiyyat

El Pais: AB Rusiya aktivləri üçün “pis bank” yanaşması hazırlayır...

İqtisadiyyat

Bakıda İdman Akademiyasının keçmiş prorektorunun iştirakı ilə yeni şirkət yaradılıb

İqtisadiyyat

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

İqtisadiyyat

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

İqtisadiyyat

Şərqi Zəngəzurda sənaye istehsalının dəyəri son 3 ildə 12 dəfə artıb

İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat

SOCAR-ın tərəfdaşı olan şirkətin yerli filialı dövlət qeydiyyatına alınıb

İqtisadiyyat

Kənd təsərrüfatı naziri Çində səfərdədir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью