Azərbaycan Çexiya ilə Orta Dəhlizin təşviqini müzakirə edib

13.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Azərbaycan və Çexiya arasında Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) təşviqi məsələləri müzakirə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

Müzakirələr nazirin Çexiyanın nəqliyyat naziri İvan Bednarik ilə görüşdə baş tutub.

Tərəflər Azərbaycan–Çexiya nəqliyyat əlaqələrinin genişləndirilməsi, avtomobil və hava nəqliyyatı sahələrində əməkdaşlığın inkişafı, beynəlxalq yükdaşımaların artırılması məsələlərini müzakirə edib.

"Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, xüsusilə də Beynəlxalq Nəqliyyat Forumunun fəaliyyəti və Azərbaycanın sədrliyi dövründə əldə olunan nəticələr barədə fikir mübadiləsi apardıq", - deyə nazir qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью