Azərbaycan Çexiya matçının hakimləri müəyyənləşib

22.09.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 22 sentyabr, AZƏRTAC

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Çexiya oyununun hakimləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, B qrupunda sentyabrın 25-də oynanılacaq qarşılaşmanı İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Aaron O`Doud olacaq. Ona həmyerliləri Darra Kiqan və Şeyn Cerard O'Brayan kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Paul Norton yerinə yetirəcək.

Qeyd edək ki, “Bank Respublika Arena”da keçiriləcək oyun saat 17:45-də başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью