Azərbaycan Çexiyada Milli Azlıqlar Festivalında

08.09.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çexiyanın Sokolov şəhərində milli azlıqların mədəniyyətinə həsr olunmuş festival keçirilib. Təqdimatlarda Ukrayna, Rusiya, Monqolustan, Gürcüstan, Qazaxıstan, Azərbaycan, Vyetnam, Çin, Portuqaliya, Serbiya, Bosniya və Herseqovina kimi ölkələrin nümayəndələri iştirak ediblər. Festivalın məqsədi Çexiyada yaşayan müxtəlif milli icmaların öz mədəniyyətlərini, adət-ənənələrini, musiqi və rəqslərini, milli mətbəx nümunələrini təqdim etmələrinə imkan yaratmaq olub.
Ölkəmiz şənlikdə “Land of Fire” cəmiyyətinin təsisçisi, Azərbaycan diasporunun Şərqi Avropa Koordinasiya Şurasının Çexiya üzrə əlaqələndiricisi Fərid Əmirəliyev və Samir Məcidov təmsil ediblər. Festival çərçivəsində milli geyimlərimiz nümayiş etdirilib, milli mətbəximizdən nümunələr təqdim olunub.
Sonda Çexiyanın müxtəlif şəhərlərindən gəlmiş bir qrup azərbaycanlı iştirakı ilə milli “yallı” rəqsini nümayiş etdirib. Festival çərçivəsində Azərbaycan–Çexiya dostluq münasibətlərinin və mədəni əlaqələri mövzusunda mərasim də keçirilib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью