Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tarixboyu fərqli coğrafiyalardan keçən yollar müxtəlif xalqlar arasında münasibətlər yaratmış, bu münasibətlər sonradan strateji tərəfdaşlığa belə çevrilmişdir.
Dünya tarixinə iz salan belə yollardan biri də “Böyük İpək Yolu”dur.
Təsadüfi deyil ki, bu yol hazırda bəşər tarixində ilk transkontinental ticarət və diplomatiya yolu kimi qiymətləndirilir.Belə ki, eramızdan iki əsr əvvəl Çindən qərb istiqamətində ticarət karvanlarının hərəkət etməsi ilə bu dövlətin xarici ticarət əlaqələri formalaşıb və nəticədə Çin malları, xüsusilə də Çin ipəyi dünyanın dörd bir tərəfinə yayılıb.
İxrac olunan əsas məhsul ipək olduğuna görə bu yol “İpək Yolu” adlandırılıb.
Çoğrafi baxımdan bu qədim yolun üzərində yerləşən Azərbaycan da tarixən “İpək Yolu”nun bir parçası olub.
Yəni Azərbaycanla Çini hələ min illər əvvəl bu qədim yol birləşdirib.
Tarixi “İpək Yolu”ndan başlanan münasibətlər ötən 34 il ərzində - Azərbaycan müstəqillik əldə etdikdən sonra hər iki xalqın rifahı naminə müxtəlif sahələrdə davamlı şəkildə inkişaf edib.