Azərbaycan Çindən məhsul alışını 36 faiz artırıb

09.06.2025

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Bu ilin yanvar-aprel aylarında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 1,426 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 389,9 milyon ABŞ dolları və ya 37,6% çoxdur.

Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 8,43%-i həcmində olub. Bununla da Çin hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında dördüncü pillədə qərarlaşıb.

Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Çinə 25 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 milyon ABŞ dolları və ya 4 dəfə çoxdur.

Eyni zamanda, hesabat dövründə Çindən Azərbaycana 1,4 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 371,2 milyon ABŞ dolları və ya 36% artım deməkdir. Bununla da hesabat dövründə Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında ikinci pillədə qərarlaşıb.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью