Azərbaycan çiyələkdən MİLYONLAR QAZANDI

06.08.2026

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan 2026-cı ilin iyul ayında  29 milyon 400 min ABŞ dolları qazanıb.
Avtosfer.az ajans.az-a istinadən xəbər verir ki, bu göstərici ötən il 14 milyon 500 min ABŞ dolları olub. Bu barədə İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzinin iyul ayı üzrə "İxrac icmalı"nda qeyd edilib 
Beləliklə, bir il ərzində çiyələk ixracından əldə olunan gəlir 14 milyon 900 min ABŞ dolları artaraq 29 milyon 400 min ABŞ dollarına yüksəlib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 103 faiz və ya 2,03 dəfə artım deməkdir.
Qeyd edək ki, çiyələk Azərbaycanın qeyri-neft ixracında mühüm yer tutan kənd təsərrüfatı məhsullarından biridir və son illər bu məhsulun xarici bazarlara tədarükündə artım tendensiyası müşahidə olunur.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью