Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Afrika qitəsinin iqlim çağırışları ilə bağlı yüksək səviyyəli iclas keçirib.
KONKRET.az xxəbər verir ki, bu gün Azərbaycan COP29 Sədrliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Afrika qitəsinin iqlim çağırışları: Afrikanın xüsusi vəziyyəti və ehtiyaclarına cavab verilməsi” adlı yüksək səviyyəli nazirlər iclası baş tutub.
İqlim danışıqları prosesində Afrika qitəsi üçün ən həssas mövzulardan biri hesab olunan Afrikanın xüsusi vəziyyəti və ehtiyacları ilə bağlı tədbir Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 2-ci İqlim Həftəsi çərçivəsində təşkil olunub.
Tədbirdə 50-yə yaxın ölkə, eləcə də müxtəlif beynəlxalq təşkilat və fondlardan ümumilikdə 200-dən artıq nümayəndə iştirak edib.
İclasın açılış mərasimində COP29 Sədri Muxtar Babayev, COP30-un müəyyən edilmiş Sədri Andre Korrea do Laqo, Efiopiyanin planlaşdırma və inkişaf naziri Fitsum Assefa Adela, Afrika İttifaqının Komissiyası sədrinin nümayəndəsi səfir Amr Alcovaili və UNFCCC Afrika danışıqçılar qrupunun sədri Riçard Muyunqi çıxış ediblər.
Çıxış zamanı M.Babayev Afrikada iqlim dəyişmələrindən irəli gələn mövcud çağırışların mənfi təsirlərini azaltmağa qitə ölkələrinin qadir olduğuna və bu xüsusda, COP29-da qəbul edilmiş qərarların əhəmiyyətinə vurğu edib.
O, COP29 Sədrliyinin bütün tərəflərin, o cümlədən Afrika qitəsinin maraqlarını nəzərə aldığını və bu istiqamətdə fəaliyyətin davam edəcəyini iştirakçıların diqqətinə çatdırıb.