Azərbaycan COP29a uğurla ev sahibliyi edərək tarixi nəticələr əldə etməyə müvəffəq oldu Em…
Sonxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Azərbaycan COP29-a uğurla ev sahibliyi edərək tarixi nəticələr əldə etməyə müvəffəq oldu" - Emil Əkbərov Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etməsi ölkəmizin gücünü və beynəlxalq aləmdə artan nüfuzunu bir daha sübut etdi".
Bunu Sonxeber.az-a danışan "BİG Media"MMC-nin direktoru Emil Əkbərov bildirib.
Emil Əkbərov qeyd edib ki, Bakıda keçirilən COP29-u iqlim diplomatiyasının dönüş nöqtəsi kimi də dəyərləndirmək olar.
"Beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə Azərbaycan COP29-a ev sahibliyi etdi.
COP29 kimi mötəbər tədbirin yüksək səviyyədə keçirilməsi üçün qısa müddət ərzində lazımi bütün hazırlıqlar yüksək səviyyədə həyata keçirildi.
Bu gün qürurla Bakı COP29 tədbirin ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdüyünü söyləyə bilərik.
80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunduğunu və ölkəmizin üzərinə götürdüyü bu ağır, məsuliyyətli öhdəliyi layiqincə yerinə yetirdiyini bütün qonaqlar da təsdiqlədi".
Tam oxu
Xəbəri oxu