Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 uğurla davam edir.
Cənab Prezident İlham Əliyevin dediyi kimi, biz indi başımızı dik tutub istənilən tədbirdə, istənilən formatda sözümüzü deyirik.
Biz üzümüz ağ, alnımız açıq, müzəffər xalq kimi yaşayırıq.Əminəm ki, bu mötəbər tədbiri uğurla, ən yüksək səviyyədə keçirməklə Azərbaycan 21-ci əsrin mütərəqqi dövləti adını qazanacaq.
Azərbaycan konstitusion olaraq müəyyən edilmiş ərazi bütövlüyü və suverenliyini bərpa etməsi dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilmiş və məntiqi olaraq bu il Azərbaycan artıq Cənubi Qafqazın təhlükəsizliyi ilə yanaşı, regionun bütün ətraf mühitinin qorunması istiqamətində mühüm addımlar atır.
Bu, dünya dövlətləri və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın qlobal arenada gördüyü işlərə verilən düzgün qiymətdir.COP29-un Azərbaycanda keçirilməsi qərarı ordumuzun keçirdiyi antiterror tədbirlərindən iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir.
Noyabrın 11-22-də Bakıda təşkil edilən COP29-a qatılan dünya liderləri və qonaqlar Azərbaycanın bu mötəbər tədbirə hazırlığını yüksək qiymətləndirir.
Konfrans çərçivəsində keçirilən plenar iclaslarda, eləcə də digər tədbir və görüşlərdə Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyəti, qonaqpərvərliyi və peşəkarlığı təqdir edilir.