“Azərbaycan COP29a uğurla ev sahibliyi etdi” | Icma.az
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“COP29-un sədri və ev sahibi olaraq qarşıya bir sıra hədəflər qoyulmuşdu və bunlardan birincisi təbii ki, Tərəflər Konfransının ən yüksək səviyyədə keçirilməsindən ibarət idi.
Artıq bu hədəfi tam layiqincə yerinə yetirdiyimizi deyə bilərik.
COP-un 198 tərəfdaş ölkəsindən 197-nin nümayəndələrinin iştirakının təmin edilməsi, 80-dən çox ölkənin liderlər səviyyəsində toplantıya qatılması, eləcə də təşkilatı işlər və təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə həyata keçirilməsi hər kəs tərəfindən təqdir olundu”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Politoloq bildirib ki, COP29 çərçivəsində “Paris sazişi”nin 6.4-cü bəndi ilə bağlı razılaşmaya nail olundu: “Məlumdur ki, “Paris sazişi”nin imzalanmasından keçən 10 il ərzində ən çox müzakirə edilən məsələ sazişin 6-cı maddəsi ilə bağlı razılığa gəlinməsi idi.
Lakin təəssüf ki, keçən dövr ərzində bu maddə ilə bağlı heç bir razılıq əldə olunmamışdı.
Odur ki, Azərbaycan COP29-a ev sahibliyi çərçivəsində “Paris sazişi”nin 6-cı maddəsinə uyğun olaraq karbon bazarlarının formalaşdırılması və tənzimlənməsi ilə bağlı qərarın qəbul edilməsini qarşısına prioritet olaraq qoymuşdu.
Tam oxu
Xəbəri oxu