Azərbaycan COP31 i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

08.11.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb.

"COP31-də iştirak etmək üçün Antalyaya səfər edərək, COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyimizi bir daha təsdiqləyirik", - o bildirib.

Qeyd olunub ki, Azərbaycan iqlim maliyyəsi, karbon bazarları və adaptasiya üzrə dinamikanı qoruyub saxlamaq, COP31 Sədrliyini dəstəkləmək və COP prosesi boyunca davamlılığı gücləndirmək üçün tərəfdaşlarla əməkdaşlıq etməyi səbirsizliklə gözləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью