Azərbaycan Cüdo Federasiyası ACF turuna start verir

05.03.2025

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Cüdo Federasiyası (ACF) kişi cüdoçular arasında rəqabət səviyyəsinin yüksəldilməsi, onların ustalığının və yarış təcrübəsinin artırılması məqsədilə yeni ACF Turuna başlayır. Bu barədə SİA- ya qurumun mətbuat xidmətindən məlumat verilib.

Növbəti belə yarış martın 6-da Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək. Turnirdə 40 klub və idman cəmiyyətindən 278 cüdoçu 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, cari ildə üç belə yarışın təşkili planlaşdırılır. Yekunda idmançıların reytinq siyahısı formalaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью