Azərbaycan cüdoçuları Almatıda keçiriləcək Asiya Kubokunda iştirak edəcəklər

27.06.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Astana, 27 iyun, AZƏRTAC

İyulun 3-dən 6-dək Qazaxıstanın Almatı şəhərində yeniyetmələr və gənclər arasında cüdo üzrə Asiya Kuboku keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Livan, Monqolustan, ABŞ və Beynəlxalq Cüdo Federasiyasının yığma komandasından ümumilikdə 700-dən çox cüdoçunun iştirakı gözlənilir.

Asiya Kuboku çərçivəsində hakimlər və məşqçilər üçün beynəlxalq seminar təşkil olunacaq.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью