Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bratislava, 5 sentyabr, Cavid Əliyev, AZƏRTACAzərbaycanın daha iki cüdoçusu Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən gənclər arasında Avropa çempionatında mübarizəyə start verib.AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə Əbil Yusubov (73 kiloqram) və Süleyman Şükürov (81 kiloqram) qüvvələrini sınayıblar.Ə.Yusubov təsəlliverici görüşdə, S.Şükürov isə 1/8 finalda rəqiblərinə məğlub olaraq turnirlə vidalaşıb.Daha əvvəl Nihad Məmişov (60 kiloqram) və Məhəmməd Musayev (57 kiloqram) qızıl, Nizami İmranov (66 kiloqram) bürünc medal qazanıb.Qeyd edək ki, Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.