Azərbaycan cüdoçuları Bakıda beynəlxalq təlim məşq toplanışına qatılıblar

07.09.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 7 sentyabr, AZƏRTAC

Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir.

AZƏRTAC xəbər verir ki, milli komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan hazırlıq prosesinə cüdoçularımızla yanaşı, Niderland, Finlandiya və Qazaxıstan yığmalarının üzvləri də qatılıblar.

Toplanış çərçivəsində cüdoçuların fiziki və texniki-taktiki hazırlığının təkmilləşdirilməsinə yönəlmiş məşqlər keçirilir, eyni zamanda müxtəlif ölkələrin idmançılarının iştirakı ilə randori sessiyaları təşkil olunur.

Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışı qarşıdakı mühüm yarışlara — Macarıstan “Böyük Dəbilqə”sinə və Bakının ev sahibliyi edəcəyi cüdo üzrə dünya çempionatına hazırlıq proqramının bir hissəsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью