Azərbaycan cüdoçuları Böyük Dəbilqə nin favoritləri arasında

26.02.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan cüdoçuları fevralın 28-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək “Böyük Dəbilqə” turnirinin əsas favoritləri sırasındadırlar.

İdman.biz xəbər verir ki, heyətin kiçik olmasına baxmayaraq, hər üç idmançımız yüksək reytinqə malikdir.

60 kq-a qədər çəki dərəcəsində Turan Bayramov yalnız Ayub Bliyevdən (IJF) geri qalaraq, seçilmişlər arasında ikinci mövqedə qərarlaşıb. Eyni çəkidə mübarizə aparan Balabəy Ağayev isə start siyahısında dördüncüdür.

Yaşar Nəcəfov (66 kq) da öz kateqoriyasında seçilmişlər arasında dördüncü olacaq. Reytinqin lideri isə Nurali Emomalidir (Tacikistan).

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью