futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ekvadorun Quayakil şəhərinin ev sahibliyi etdiyi yeniyetmələr arasında dünya çempionatında Azərbaycan cüdoçuları iki çəki dərəcəsində tatamiyə çıxacaqlar.
Futbolpress.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Həsənli 1/32 final mərhələsində Kosta-Rika idmançısı Alberto Monteslə qüvvəsini sınayacaq. Eyni çəkidə yer alan digər təmsilçimiz Yaqub Məmmədov isə 1/16 finalda qazaxıstanlı Alijan Saylaubekovla qarşılaşacaq.
90 kq çəki dərəcəsində yarışan Ömər Axundov 1/16 finalda sloveniyalı Val Berqlez Kosla üz-üzə gələcək. Eyni mərhələdə mübarizə aparacaq Nurəddin Əliyevin rəqibi isə ispaniyalı Pablo Fernandes Kalero olacaq.
Təsnifat qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Final bloku isə avqustun 23-də gecə saat 02:00-da başlayacaq.