Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan cüdoçuları İsveçrənin Lozanna şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində ilk günü medalsız başa vurublar.
525.az-ın məlumatına görə, Gültac Məmmədəliyeva, Leyla Əliyeva (hər ikisi 52 kq), Əhməd Yusifov (60 kq), Turan Bayramov və Ruslan Paşayev (hər ikisi 66 kq) mükafat qazanmaq şansını itiriblər.
Xatırladaq ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur. "Böyük Dəbilqə" avqustun 30-da başa çatacaq.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Müəllif