Azərbaycan cüdoçuları Macarıstanda 4 medal qazanıblar

18.08.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı,18 avqust, AZƏRTAC

Macarıstanın Dyör şəhərində Avropa Cüdo Ümidləri Turniri keçirilib.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan yarışda Azərbaycan cüdoçuları 1 qızıl və 3 bürünc medal əldə ediblər.

U-15 yaş kateqoriyasında Aqşin Bayramov (60 kiloqram) qızıl, Səttar Qədirov (42 kiloqram), Fərhad Quliyev (60 kiloqram) və U-13 yaş kateqoriyasında Fəxrim Məhərrəmov (42 kiloqram) bürünc medala yiyələniblər.

Beynəlxalq turnirdə 19 ölkədən 273 cüdoçu iştirak edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью