Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar

14.09.2026

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cüdo üzrə Azərbaycan millisinin üzvləri Slovakiyanın paytaxtı Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar.

Azərbaycan Cüdo Federasiyasından Moderator.az-a verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən düşərgədə idmançılarımız müxtəlif ölkələrin tatami ustaları ilə birgə məşqlər keçirlər.

Sentyabrın 18-də başa çatacaq təlim düşərgəsi oktyabrın 4-dən 11-dək Bakıda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью