Azərbaycan cüdoçularında dünya çempionatına uğurlu START

05.10.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Perunun paytaxtı Limada cüdo üzrə gənclər arasında dünya çempionatı start götürüb.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycan yığmasının altı idmançısı tatami üzərinə çıxıb.

Nihad Məmişov və Fərid Qarayev (hər ikisi – 60 kq), Məmməd Musayev və Nizami İmranov (hər ikisi – 66 kq), həmçinin Aydan Vəliyeva və Xədicə Qədəşova (hər ikisi – 52 kq) mübarizəyə qoşulub..

Fərid Qarayev və Nizami İmranov ilk görüşlərində qələbə qazanıblar, Xədicə Qədəşova isə rəqibinə uduzub.

Turnir oktyabrın 7-dək davam edəcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью