Azərbaycan cüdoçularından 4 medal Avropa kuboku

24.11.2024

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Ötən gün Yunanistanın Saloniki şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna start verilib.

QOL.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.

Oğlanlar arasında Zeyd Ələsgərov (-60 kq.) qızıl medal, Fəxri Sahibzadə (-66 kq.) gümüş medal, Anar Quliyev (-50 kq.) və Rüstəm Qasımzadə (-55 kq.) bürünc medal qazanıblar. Məhəmmədəli Hüsiyev (-55 kq.), İlkin Qarayev (-60 kq.) və Özqan Quliyev (-66 kq.) 5-ci, Emil Hüseynli (-55 kq.) isə 7-ci yerdə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью