Azərbaycan cüdoçularından ilk gündə 6 medal Avropa kuboku

16.02.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Slovakiyanın Samorin şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk günündə Azərbaycan cüdoçuları uğurla çıxış ediblər.

QOL.az xəbər verir ki, idmançılar 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

50 kq çəki dərəcəsində İbrahim Talıbov gümüş, Anar Quliyev bürünc mükafat əldə edib.

55 kq-da final görüşündə Məhəmmədəli Hüsiyev və Rəsul Əlizadə qarşılaşıb. Məhəmmədəli Hüsiyev qızıl, Rəsul Əlizadə isə gümüş medalın sahibi olub.

60 kq-da mübarizə aparan Zeyd Ələsgərov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

66 kq-da Əli Hümbətov bürünc medal qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью