Azərbaycan cüdoçularından “qızıl”

29.11.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İtaliyanın paytaxtı Romada keçirilən Avropa Açıq Turnirinin ikinci günündə Azərbaycan millisinin üzvləri Şəfəq Həmidova və Aydan Vəliyeva qızıl medal qazanıblar.

Futbolpress.az xəbər verir ki, -48 kq çəki dərəcəsində çıxış edən Şəfəq Həmidova 1/4 finalda Elena Quarduçi, yarımfinalda isə Culiya Qilyoneyə (hər ikisi İtaliya) qalib gəlib. Həlledici qarşılaşmada Almaniya təmsilçisi Sara İşt üzərində qələbə qazanan cüdoçumuz çempion tituluna yiyələnib.

-52 kq çəkidə mübarizə aparan Aydan Vəliyeva finala gedən yolda italiyalı Aziya Avanzato və Alessandra Rokkonu üstələyib. Təmsilçimiz həlledici görüşdə digər İtaliya idmançısı İlariya Finestronedən üstün olub.

Xatırladaq ki, turnirin ilk günündə Madina Kaisinova (+78 kq) bürünc medala sahib olub.

Beləliklə, millimiz yarışı 2 qızıl və 1 bürünc medalla başa vuraraq 38 ölkə arasında ümumi komanda hesabında üçüncü, qadınlar arasında isə ikinci yeri tutub.

Qeyd edək ki, 261 cüdoçunun iştirak etdiyi turnirdə Azərbaycan 6 qadın idmançı ilə təmsil olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью