Azərbaycan cüdoçularından Sarayevoda zəfər

20.09.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə veteranlar arasında Dünya çempionatının startı verilib.

Futbolpress.az xəbər verir ki, yarışın ilk günündə M1 yaş kateqoriyasında mübarizə aparan Azərbaycan milli komandası aktivinə dörd medal yazdırıb.

100 kq çəki dərəcəsində qüvvəsini sınayan təcrübəli cüdoçumuz Məmmədəli Mehdiyev turnirdə inamlı təsir bağışlayaraq bütün rəqiblərini mağlub edib və Dünya çempionu adını qazanıb. Komandamızın digər üzvlərindən Əbülfət İsmayılov (60 kq), Mahir Abbasov (81 kq) və Coşqun Abdullayev (90 kq) isə üçüncü yer uğrunda görüşləri qələbə ilə başa vuraraq bürünc medala layiq görüblər.

Azərbaycan veteranlar arasında təşkil olunan bu Dünya çempionatında ümumilikdə 30 idmançı ilə təmsil olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью