Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Avropa çempionu olub

03.09.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa çempionatının qızıl medalını qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici mərhələdə Fransa təmsilçisi Lusien Tiksyeyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan qitə yarışında 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur. Bu gün digər təmsilçilərimizdən Məhəmməd Musayev (66 kq) qızıl, Xədicə Qədəşova (57) isə bürünc medal uğrunda görüşə qatılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью