futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan cüdoçusu Fərid Rzazadə yeniyetmələr arasında dünya çempionu olub.
Futbolpress.az xəbər verir ki, Ekvadorun Quayakil şəhərində keçirilən dünya çempionatının ilk yarış günündə -50 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz qızıl medal qazanıb.
Fərid Rzazadə finala gedən yolda Süleyman Doğru (Türkiyə), Bekaris Kudaybergen (Qazaxıstan) və Artur Bonatonu (Braziliya) mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə qazaxıstanlı Adiljan Nurbekeni məğlub edən cüdoçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycanın Dövlət Himnini səsləndirib.
Qeyd edək ki, bu gün daha üç yeniyetmə cüdoçumuz dünya çempionatında tatamiyə çıxacaq.