Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Qazaxıstanın paytaxtı Astanada təşkil olunan güləş üzrə Dünya Çempionatında Azərbaycan millisinin sərbəst güləşçiləri növbəti qarşılaşmalarını keçiriblər.
Futbolpress.az xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Arseni Cioyev 1/4 final mərhələsində Yunanıstanın güclü idmançısı, dünya və Avropa çempionu Georgios Kugiumtsidisi 3:1 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. O, həlledici finalın astanasında Gürcüstan pəhləvanı Vladimeri Qamkrelidze ilə qüvvəsini sınayacaq.
Digər ağır çəkili güləşçimiz Giorgi Meşvildişvili isə yarımfinalda Rusiya təmsilçisi Abdulla Kurbanovla üz-üzə gələcək.
Yarışda digər idmançımız Kənan Heybətov (70 kq) 1/4 finalda ABŞ güləşçisi Zeyn Reterfordla görüşdə 0:7 hesabı ilə məğlub olub. Həmyerlimizin bürünc medal qazanmaq üçün təsəlliverici görüşlərə qatılması rəqibinin yarımfinaldakı nəticəsindən asılı olacaq.