Azərbaycan cüdoçusu fəxri kürsünün ən yüksək pilləsində

24.11.2024

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yunanıstanın Saloniki şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna yekun vurulub. Sport24.az xəbər verir ki, turnirinin ikinci Azərbaycan cüdoçuları daha 4 medal medal əldə ediblər.

Oğlanlar arasında Sübhan Axundov (+90 kq) bütün rəqiblərinə qalib gələrək, Avropa çempionu tituluna sahib çıxıb. Səid Şərifov (73 kq), Amin Mehdiyev (81 kq), Tunar Fərzəliyev (+90 kq) isə bürünc medalla kifayətlənib.

Turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər.

Qeyd edək ki, yığmamız Avropa Kubokuna 8 çəki dərəcəsində 20 cüdoçu ilə qatılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью