Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kiloqram) Bakıda təşkil olunan dünya çempionatında final görüşünə çıxıb.
Modern.az xəbər verir ki, idmançı həlledici qarşılaşmada rusiyalı İnal Tasoyevlə üz-üzə gəlib.
Görüş rəqibin qələbəsi ilə başa çatıb.
Bununla da Uşanqi Kokauri dünya çempionatında gümüş medal əldə edib.