Azərbaycan cüdoçusu Praqada gümüş medal qazandı

21.08.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan cüdoçusu Praqada gümüş medal qazandı

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunun ilk günü Azərbaycan millisi üçün bir medalla yadda qalıb.

QOL.az xəbər verir ki, Əbil Yusubov (-73 kq) finala gedən yolda keçirdiyi beş görüşün hamısından qalib ayrılıb. Həlledici qarşılaşmada italiyalı Luço Tavolettaya məğlub olan cüdoçumuz yarışı gümüş medalla başa vurub.

Qeyd edək ki, Avropa Kubokunun son yarış günündə millimizin daha 15 üzvü tatamiyə çıxacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью