Azərbaycan cüdoçusu qızıl medal QAZANDI

02.05.2025

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

News24.az xəbər verir ki, 26 yaşlı idmançı finalda yerli cüdoçu Mehrzod Sufiyevlə üz-üzə gəlib.

Qarşılaşmadan qalib ayrılan Ağayev qızıl mükafata sahib çıxıb.

Bu gün Yaşar Nəcəfov (66 kq) üçüncü yer uğrunda görüşdə özbəkistanlı Artyom Şturbabinlə güləşəcək.

Qeyd edək ki, "Böyük Dəbilqə" turniri mayın 4-də başa çatacaq./Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью