Azərbaycan Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə qoşulub

22.10.2025

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı çərçivəsində 1953-cü il dekabrın 11-də Roma şəhərində təsdiq edilmiş "Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyası"nın Nizamnaməsinə qoşulub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə qoşulmaq haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью