Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan 96 milyon 756 min ABŞ dolları dəyərində 284 min 12 ton metanol (metil spirti) ixrac edilib.
Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın metanol ixracının fiziki həcmi 93 min 502 ton və ya 24,8% azalsa da, dəyəri 13 milyon 216 min dollar və ya 15,8% artıb.
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 83 milyon 540 min dollar dəyərində 377 min 514 ton metanol ixrac olunmuşdu.
İXRAC OLUNAN METANOLUN ORTA DƏYƏRİ 54% ARTIB
Marja.az-ın hesablamalarına görə, 2025-ci ilin ilk 10 ayında Azərbaycandan ixrac olunan metanolun bir tonunun orta statistik dəyəri təxminən 221 dollar təşkil etmişdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 341 dollara yüksəlib. Beləliklə, ixrac olunan metanolun bir tonunun orta statistik dəyəri təxminən 119 dollar və ya 54% artıb.
Orta ixrac dəyərindəki artım metanol ixracının fiziki həcmindəki azalmanı kompensasiya etməklə yanaşı, ixracın ümumi dəyərinin yüksəlməsini təmin edib.
Cari ilin ilk 10 ayında metanolun payına Azərbaycanın kimya sənayesi məhsulları ixracının dəyərinin 32,3%-i, Azərbaycan mənşəli qeyri-neft məhsulları ixracının dəyərinin isə 3,04%-i düşüb.