Azərbaycan daha bir mötəbər yarışın ev sahibi olacaq

16.08.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Bədii gimnastika üzrə 43-cü Dünya çempionatının 15-19 sentyabr 2027-ci ildə Azərbaycanda keçiriləcək.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasından “Qafqazinfo”ya məlumat verilib.

Belə ki, Frankfurtda keçirilən bədii gimnastika üzrə 42-ci Dünya çempionatının bağlanış mərasimi baş tutub.

Çempionatının bayrağı Almaniya nümayəndə heyəti tərəfindən Dünya Gimnastikasına, Dünya Gimnastikası tərəfindən isə Dünya çempionatının növbəti ev sahibinə, Azərbaycan nümayəndə heyətinə təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью