Azərbaycan daha bir ölkədə səfirlik açacaq Parlament qərar verdi

30.09.2025

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclis Azərbaycanın Bəhreyn Krallığında səfirliyinin təsis olunmasını təsdiqləyib.

Mia.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, səfirlik Manama şəhərində yerləşəcək.

Layihə bir oxunuşda qəbul edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью