Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 65,9 milyon ABŞ dolları dəyərində 93 min 881 ton alma göndərilib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 11 % çoxdur.
Hesabat dövründə Rusiyaya 52,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % çox) 77 min 165 ton (+6 %), Türkiyəyə 4,1 milyon ABŞ dolları dəyərində 4 min 122 ton (1 il bundan əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 2,9 milyon ABŞ dolları dəyərində (+21 %) 3 min 335 ton (-9 %), Qazaxıstana 1,8 milyon ABŞ dolları dəyərində (+14 %) 4 min 365 ton (+14 %), Özbəkistana 1,7 milyon ABŞ dolları dəyərində (-6 %) 1 min 487 ton (-25 %) məhsul satıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kiprə (14,2 min ABŞ dolları dəyərində 19,3 ton) tədarük həyata keçirilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin