Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib

18.06.2026

Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 44 milyon 755,8 min dollar dəyərində gübrə idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 42 milyon 395,6 min dollar idi. Dəyər ifadəsində idxal 2 milyon 360,2 min dollar və ya 5,6% artıb.

Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Gömrük Statistikasına istinadən xəbər verir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Miqdar ifadəsində isə gübrə idxalı 90 min 77,4 tondan 70 min 539,3 tona düşüb. Azalma 19 min 538,1 ton və ya 21,7% təşkil edib.

Gübrə idxalında həcm azalsa da, dəyər artıb. Bu, orta idxal qiymətinin kəskin yüksəldiyini göstərir. Aqrar sektor üçün strateji əhəmiyyətli olan bu məhsulda qiymət artımı kənd təsərrüfatı xərclərinə də təsir edə bilər.

İş elanları AzVak.az-da

Həmçinin oxu Azərbaycandan azot gübrəsi ixracında ciddi geriləmə - 32,2% və ya 25 milyon dollar azalıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью