Azərbaycan daha sərt addımlar atdığı zaman Ermənistan hakimiyyəti vaxt uzatmaqdan yayınacaq

16.11.2024

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ötən ilin son dövrlərdə belə bir rəy formalaşmışdı ki, böyük əksəriyyət deyirdi ki, sülh gözlənilir. O zaman bizim mövqe ondan ibarət oldu ki, “yox, sülh müqaviləsi imzalanması gözlənilmir”. Çünki Ermənistan hakimiyyəti buna hazır deyil. İndi də eyni cavabı verirəm. Ermənistan hakimiyyəti buna hazır deyil. Xarici İşlər Naziri Ceyhun Bayramov da çıxışında qeyd etdi ki, fiziki təmasların olacağı gözlənilmir. Amma tərəflər arasında müəyyən qədər yazışmalar, təkliflər olacaq”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Elşad Musayev danışıb. Deputat qeyd edib ki, bir dəfəlik dəqiqləşdirməliyik ki, Ermənistan hakimiyyətinin başında duran adam Paşinyan açıq surətdə öz hakimiyyətini möhkəmlətmək, onu qoruyub saxlamaq və siyasi rəqibləri sıradan çıxarmaq istəyir, eyni zamanda hərbi baxımdan güclənmək istəyir.

Elşad Musayev

“Azərbaycanın ətrafında biri tor qurmağa cəhd göstərir ki, müəyyən Fransa, Niderland və Avropa ittifaqına daxil olan ölkələr Azərbaycana qarşı təzyiq dilində danışsınlar və gündəmi dəyişsinlər”-deyə deputat əlavə edib.

Gündəmdə əsas məsələ nədir?

Deputat bildirib ki, Qazax rayonunun 7 kəndi işğal edilib və onlardan 4-ü işğaldan azad olunandan sonra gündəlikdə duran məsələ o idi ki, Qazax rayon 3 kəndi və Kərki kəndi boşaldılsın.

“Eyni zamanda Zəngəzur dəhlizi açılsın. Bunun üçün ciddi addımlar atsın və Ermənistan yekun sülh müqaviləsi imzalamaq üçün konkret addımlar atsın. Amma Ermənistan nə Zəngəzur dəhlizinin açılması üçün konkret addımlar atmadı, nə kəndlərin boşalması ilə bağlı konkret addımlar atmadı. Sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitutsiyasında dəyişikliklərlə bağlı Ermənistan hakimiyyəti ciddi addım atmadı. Bu da onu deməyə əsas verir ki, Paşinyan vaxtı uzatmağa çalışır. Bununla da dediyimiz şərtlərə nail olmaq istəyir. Ermənistan hakimiyyəti o vaxt sülhə gedəcək ki, Azərbaycan tərəfindən sərt addımlarla üzləşsin. 44 günlük müharibədə olduğu kimi. Lokal antiterror tədbirləri nəticəsində Xankəndi və digər bölgələr işğaldan azad olunduğu kimi. Bir güllə atılmadan belə Qazaxın kəndlərinin işğaldan azad edildiyi kimi. Bunlar hamısı Ermənistanı sülhə məcburetmə siyasətinin nəticəsi idi. İndiki halda Ermənistan hakimiyyəti Azərbaycan daha sərt addımlar atacağı zaman geri çəkiləcək. Əks halda, Paşinyan onun komandası vaxtı uzatmağa çalışacaq. Ona görə də birmənalı olaraq açıq deyirəm ki, ilin sonuna qədər sülh müqaviləsi imzalanması gözlənilmir”-deyə deputat bildirib.

İradə Cəlil. Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью