Azərbaycan DÇ ni 3 medalla başa vurdu

23.11.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Özbəkistanın paytaxtı Daşkənddə gənclər arasında dünya çempionatı yekunlaşıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisi mundialı 3 medlala başa vurub. Ramazan Əhmədov (+100 kq) gümüş, Məhəmməd Musayev (66 kq) və Davud Namazlı (100 kq) isə bürünc mükafatçı olub.

Xatırladaq ki, ölkəmizi yarışda 10 çəki dərəcəsində (9 oğlan, 5 qız) 14 cüdoçu təmsil edib. Komanda gənc oğlanlardan ibarət millinin baş məşqçisi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli və Əbdülhəqq Rəsullu, gənc qızlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət seçməmizin baş məşqçisi Elnur İsmayılovun rəhbərliyində mübarizə aparıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью